Müstəqil Tərəfdaşlar üçün giriş

Herbalife bu gün

Herbalife

-sağlam həyat tərzi sahəsində fəaliyyət göstərən beynəlxalq korporasiyadır. 1980-ci ildən şirkət balanslaşdırılmış qidalanma, çəkiyə nəzarət və fərdi qulluq üçün birbaşa satış vasitəsilə məhsulları hazırlayır və satır. Məhsul xəttində 130-dan çox adda məhsul, o cümlədən, proteinli kokteyllər və batonlar, BAƏ, enerji və fitnes içkiləri, dəriyə və saça qulluq üçün vasitələr təqdim olunub.

Herbalife məhsulları istehlakçılara konsultasiya verən və məhsulların alınmasında köməklik göstərən Müstəqil Tərəfdaşların geniş şəbəkəsi vasitəsilə dünyanın 95-dən çox ölkəsində yayılıb.

Şirkət Ukrayna və Latviyada öz fəaliyyətinə 2002-ci ildə, Litva və Estoniyada isə daha gec, yəni 2003-cü ildə başlamışdır. 2011-ci ildən etibarən şirkət rəsmi olaraq Monqolustan, Belarus və Gürcüstanda təmsil olunur. 2012-ci ildə Qazaxıstanda ilk Satış Mərkəzləri yarandı. Qırğızıstan və Azərbaycanda isə şirkət 2013-cü ildə biznes aparmağa başlayıb.

Missiyamız

- Müstəqil Tərəfdaşlar üçün şirkətlə tərəfdaşlıq zamanı sərfəli biznes aparmaq, müştərilər üçün isə sağlam həyat tərzi üçün keyfiyyətli məhsullardan istifadə etmək imkanı təqdim edərək insanların həyat keyfiyyətini artırmağa kömək etmək.

Herbalife-ın səhmləri NASDAQ və NYSE birjalarında qiymət təyin olunur.

Məhsulların keyfiyyəti

Herbalife şirkətində keyfiyyətə xüsusi diqqət ayrılır. Şirkətin məhsulları təmsil olunduğu bütün ölkələrdə qanunvericiliyin tələblərinə uyğun olaraq sertifikasiya olunub. Azərbaycanda bu Səhiyyə Nazirliyinin nəzdində Respublika Sanitariya-Karantin Müfəttişliyidir. Həmçinin məhsullar Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən təsdiq olunan AZS milli sertifikatlaşdırma sisteminə uyğunluqla bağlı təsdiqdən keçir.

Yüksək ixtisaslı mütəxəssislər, müasir avadanlıq və bütün istehsal mərhələlərində nəzarət məhsullarımızın ən ciddi keyfiyyət standartlarına uyğunluğunu təmin edir. Şirkətdə “Əkilmiş toxumdan süfrənizdəki məhsula qədər” adlı konsepsiya qəbul edilib. Bu konsepsiya çərçivəsində 14 mərhələli yoxlama aparılır. Onun həyata keçirilməsinə 10 xüsusi laboratoriya və elmi dərəcəsi olan 300 ştat əməkdaşı cəlb olunub.

Elm sahəsində liderlik

Tərkibində dünyanın müxtəlif ölkələrindən 20 nüfuzlu alimin olduğu Herbalife-ın Elmi-konsultasiya şurası yeni məhsulların hazırlanması, effektiv inqrediyentlərin axtarışı, sınaqdan keçirilməsi ilə məşğul olur, həmçinin, Herbalife-ın Müstəqil Tərəfdaşlarının təlimində iştirak edir.

Herbalife-ın dəstəyi sayəsində 2003-cü ildə Kaliforniya Universiteti (ABŞ) Mark Xyuz adına Hüceyrə və molekulyar qidalanma laboratoriyasını açmışdır. 2010-cu ildə şirkət şəxsi informasiya-tədris interaktiv resursu “Herbalife Qidalanma İnstitutu” yaratmışdır.

Peşə və sahə birliklərində iştirak

Herbalife 70-dən çox elmi, sənaye və ictimai təşkilatın fəal iştirakçısıdır. Herbalife Pəhriz/qida məhsulları istehsalçılarının beynəlxalq alyansının (IADSA), Məsuliyyətli Qidalanma Avropa Alyansının (ERNA) və Sağlam Qidalanma Şurasını (CRN) təsisçilərindən biridir. Rusiyada Herbalife həmçinin BAƏ İstehsalçılarının Qeyri-kommersiya Tərəfdaşlığının, Diyetoloq və Nutrisioloqların Milli Assoasiyasının və Rusiyanın Birbaşa Satış Assosiasiyasının fəaliyyətində iştirak edir.

İdman sahəsində tərəfdaşlıq

2016-cı ildə Herbalife brendinin səfirləri olimpiya çempionları Aleksey Yaqudin və Tatyana Totmyanina, Vik Uayld və Alena Zavarzina olmuşdu.

Herbalife 150-dən çox beynəlxalq və regional miqyaslı World Football Challenge, Bədən Tərbiyəsi və İdman Beynəlxalq Festivalı və s. kimi idman tədbirlərinin sponsoru kimi çıxış edir.

Biz 100-dən çox peşəkar idmançıya dəstək oluruq. Onlardan biri “Real Madrid” ispan klubunun Portuqaliyanın futbol yığmasının hücumçusu Kriştianu Ronaldudur. Herbalife həmçinin 25-dən çox aparıcı futbol klubunun, o cümlədən, “Şalke 04” (Almaniya), “Olimpiakos” (Yunanıstan), “Ayaks” (Niderland), PSV (Niderlan), “Atletiko Madrid” Qadın komandası (İspaniya), “Los-Anceles Qeleksi” (ABŞ), “Şaxter” (Ukrayna), BATE (Belarus) və s. klublarının qidalanma üzrə sponsorudur.

2010-cu ildə Rusiya və MDB ölkələrinin ərazisində “Herbalife komandası” proqramını işə salmışıq. Bu təşəbbüsün çərçivəsində Müstəqil Tərəfdaşlarımız kütləvi idman tədbirlərində iştirak edərək şəxsi nümunələri ilə sağlam həyat tərzi ideyasını təbliğ edir.