Müstəqil Tərəfdaşlar üçün giriş

Məxfilik siyasəti

Herbalife Europe Limited şirkətinin veb saytları – Vacib məlumat

Şirkətin fəaliyyəti beynəlxalq səviyyədə aparıldığı üçün Herbalife şirkəti zaman-zaman Avropa Şurasının hüdudlarından kənarda fərdi məlumatı emal edir və saxlayır. Biz Sizdən bu şərtlər razı olmağınızı xahiş edirik. Əgər Siz razılıq vermək istəmirsinizsə, təəssüf ki bu veb sayt vasitəsilə etdiyiniz sorğunu emal edə bilməyəcəyik. Razılığınız bizim Sizin məlumatınızı YALNIZ sorğunuzun emalı və ya gələcəkdə əlaqə saxlamaq üçün istifadə edəcəyimizə əsaslanır (həmişə aşağıda göstərilən Məxfilik siyasətinə əməl olunması şərti ilə).

Məxfilik siyasəti

Herbalife veb saytları ziyarət edən istənilən fiziki şəxsin şəxsi həyatının toxunulmazlığına əməl edir, və Sizdən alınan istənilən məlumat birincisi Sizin sorğuladığınız xidmətin təqdim olunması, ikincisi Sizə göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması üçün istifadə olunacaq. Bu vəzifələrin yerinə yetirilməsi üçün biz Sizdən alınan məlumatı lazımi qaydada istifadə edirik. Herbalife-ın veb saytlarında özünüz haqqında məlumat təqdim edərək Siz onun hazırkı Məxfilik siyasətinin şərtlərinə uyğun olaraq emalı və istifadəsinə birbaşa razılıq vermiş olursunuz.

Biz Sizin məlumatınızı Herbalife şirkətindən, onun filiallarından və ya onla əlaqəli şirkətlərdən, həmin şirkətlərin və Herbalife-ın Sizin maraqlarınızda xidmətlərin təqdim olunması barədə bilavasitə və ya dolayı yolla razılığa gəldiyi istənilən digər şirkətlərin dilerləri, agentlikləri və lisenziatlarından kənarda açıqlamayacağıq. İnformasiya məlumatın qorunması barədə tətbiq olunan hüquq normalarına uyğun olaraq emal olunacaq və ilkin olaraq Avropa Şurası və dünyanın istənilən nöqtəsində onun hüdudlarından kənarda saxlanılacaq və emal olunacaq. İnformasiya yalnız Herbalife-ın məhsul və xidmətlərinin və köməkçi məhsul və xidmətlərin marketinqi məqsədləri ilə istifadə olunacaq.

Bizim Sizin haqqınızda saxladığımız məlumatlar barədə fiziki şəxs kimi informasiya almağa və lazım gələrsə həmin məlumatlara dəyişiklik etməyə hüququnuz var; həmçinin Sizin haqqınızda olan məlumatın gələcəkdə toplanması və istifadə olunmasına etiraz etməyə hüququnuz var. İstəklərinizin yerinə yetirilməsi üçün bütün mümkün səyləri göstərəcəyik. Lakin xüsusi hallarda tətbiq olunan qanunvericilik bizə Sizin fərdi məlumatlarınızı silməyə qadağa qoya bilər. Hüquqlarınızı necə həyata keçirə biləcəyiniz barədə aşağıda “Tez-tez verilən suallar” bölməsinin 11-ci bəndinə baxın.

Tez-tez verilən suallar

  1. Herbalife şirkətinin mənim haqqımda məlumat toplamasının mənim üçün nə xeyri var?
  2. Herbalife-ın veb saytlarında hansı məlumat toplanır?
  3. Herbalife bu cür məlumatı necə toplayır və saxlayır?
  4. Herbalife bu cür məlumatı nə qədər müddət saxlayır?
  5. Fərdi məlumatlarınız harada saxlanılacaq?
  6. Herbalife bu cür məlumatı niyə toplayır?
  7. Bu siyasət kimə tətbiq olunur?
  8. Herbalife-ın uşaqların Məxfiliyinə dair öhdəliyi.
  9. “Cookie” tipli məlumat faylları nədir?
  10. Müştəri dosyesi nədir?
  11. Özüm haqqında olan məlumatı giriş imkanını necə əldə edim və bu məlumatı necə dəyişim?
  12. Əgər qeydiyyatdan keçmək istəsəm hansı imkanlar əldə edəcəyəm?/li>
  13. Qeydiyyatdan keçmək istəməsəm nə baş verəcək?

Herbalife şirkətinin mənim haqqımda məlumat toplamasının mənim üçün nə xeyri var?

Bu cür məlumatın toplanması Herbalife-ə aşağıdakılara nail olmağa kömək edəcək:

  1. Saytın istifadəsini Sizin üçün daha asan etmək çünki Siz məlumatı bir dəfədən artıq daxil etmək məcburiyyətində olmayacaqsınız.
  2. Bizə məlumatı daha sürətli təqdim etməyə imkan verəcək.
  3. Sizin sorğularınıza daha çox uyğun olan kontent yaratmağa kömək edir.
  4. Sizə Herbalife-ın təqdim etdiyi xidmət və ya məlumatları sürətlə tapmağa imkan verir.
  5. Saytın işinin təkmilləşdirilməsi üçün məlumatı istifadə etməyə imkan verir.
  6. Veb saytın və onun istifadəsinin əsas tendensiyalarını qiymətləndirməyə imkan verir.
  7. Sizi yeni məhsullar, xüsusi təkliflər, yenilənmiş məlumat və Herbalife-ın fikrincə Sizi maraqlandıra biləcək digər yeni xidmətlər barədə məlumatlandırmağa imkan verir. Əgər Sizdən razılıq alsaq digər şirkətlərə Sizinlə bilavasitə əlaqə yaratmağa səlahiyyət verə bilərik.

Herbalife-ın veb saytlarında hansı məlumat toplanır?

Herbalife Sizə fərdi məlumatlarınıza mümkün qədər daha çox nəzarət etməyə imkan yaratmaq fikrindədir. Siz Herbalife saytında özünüz barədə məlumatlandırmadan və ya özünüz haqqında hər hansı məlumatı açıqlamadan daxil ola bilərsiniz. Lakin, elə hallar olur ki, bizə Sizin haqqınızda məlumat tələb olunur, məsələn, Sizin adınız və ünvanınız. Biz İnternetdə Sizin haqqında məlumat toplamağa başlayanadək Sizi məlumatlandırmaq niyyətindəyik.

Hətta qeydiyyatdan qabaq biz veb saytı necə istifadə etdiyiniz barədə anonim məlumat toplayacağıq. Bu İnternetdə istənilən veb sayt üçün adi standart proseduradır. Toplanan informasiya məlumatların şəxsən Sizə aid olduğunu müəyyən etməyə imkan vermir, lakin bu informasiya bizim tərəfimizdən marketinq məqsədləri ilə və ya təqdim etdiyimiz xidmətlərin təkmilləşdirilməsi üçün istifadə olunacaq.

Əgər Siz bizə lazım ola biləcək fərdi məlumatı, məsələn Sizinlə yazışmaq və ya Sizə abunəlik vermək üçün Herbalife-ə İnternet vasitəsilə təqdim etmək qərarına gəlmisinizsə biz bu məlumatı necə istifadə edəcəyimizi Sizə bildirmək niyyətindəyik. Əgər Siz bizə bu cür məlumatın Sizinlə gələcəkdə əlaqə saxlamaq üçün istifadə olunmasını istəmədiyiniz bildirsəniz biz Sizin istəklərinizi yerinə yetirəcəyik.

Herbalife bu cür məlumatı necə toplayır və saxlayır?

Sizin haqqınızda məlumat Saytda müxtəlif üsullarla toplana bilər; Sizə birbaşa sorğu göndərməklə (qeydiyyat formasında olduğu kimi) və ya Sizin Sayta ziyarətləriniz barədə məlumatın avtomatik qeydə alınması vasitəsilə. Məsələn, biz Sizin saytda hərəkətləriniz barədə məlumatı toplaya bilərik və ya seçdiyiniz əlavə xidmətlərin qeydini apara bilərik.

Məlumat təhlükəsiz şəraitdə həm fiziki, həm texniki vasitələrlə mühafizə olunaraq saxlanılır. Məlumat geniş giriş imkanı üçün bağlıdır.

Herbalife bu cür məlumatı nə qədər müddət saxlayır?

Herbalife bu cür məlumatı Sizin üçün necə faydalı ola biləcəyimiz və istəklərinizi necə yerin yetirə biləcəyimizin qiymətləndirilməsi üçün lazım olan vaxt qədər etibarlı və qorunan şəraitdə saxlayacaq. Bundan başqa, qanunvericilik bizə bu cür məlumatı müəyyən vaxt ərzində saxlamaq öhdəliyi verə bilər. Sizə aid olan məlumatı necə dəyişə, dəqiqləşdirə biləcəyinizi anlamaq üçün, xahiş edirik, bu bölmədə müvafiq sorğuya baxın.

Fərdi məlumatlarınız harada saxlanılacaq?

Herbalife dünyanın bir çox ölkəsində fəaliyyət aparır. Müştərilərimizə harada olmasından asılı olmayaraq razılaşdırılmış xidmətlər təqdim etmək üçün biz İnternet saytlarımızı bir mərkəzi ofisdən idarə edirik. Hal-hazırda o Amerikanın Birləşmiş Ştatlarında yerləşir. Herbalife şirkəti AŞ/İsveçrə və ABŞ arasında bağlanan müqaviləyə uyğun olaraq toxunulmaz şəxsi həyat üçün “təhlükəsiz liman prinsiplərinə” əməl olunması barədə elan edib, və hazırkı ilə AŞ/İsveçrədə olduğu kimi məlumatın müvafiq qorunma səviyyəsinin saxlanılmasına zəmanət verir. Tələb etdiyiniz xidmətlərdən və ya məlumatların saxlanılması və emalı proseduralarından asılı olaraq fərdi məlumatınız Avropa Şurası ərazisindən kənarda digər ölkələrdə yerləşdirilə bilər. Məlumatların qorunması haqqında vahid ümumdünya qanun toplusu olmadığına görə Avropa hüququ bu cür yerləşdirməyə razılığınızı tələb edir. Əgər Sizə AŞ və ABŞ hüdudlarından kənardasınızsa, hazırkı ilə Siz məlumatlarınızın veb saytlarda Herbalife-ın xidmətlərinin tərəfinizdən istifadə olunması ilə əlaqəli olaraq dünyanın istənilən nöqtəsində Herbalife serverlərinə ötürülə biləcəyinə razılıq verirsiniz.

Herbalife bu cür məlumatı niyə toplayır?

Bu cür məlumatı bizə sizə təqdim olunan xidmətlərin təkmilləşdirilməsi üçün lazımdır; biz məhsul və xidmətlərimizi Sizin müəyyən sorğularınıza uyğun olaraq asan seçilə bilməsi üçün çalışırıq.

Bu siyasət kimə tətbiq olunur?

Hazırkı siyasət həm fərdi istehlakçıların, həm hüquqi şəxslərin istifadəsi üçün nəzərdə tutulan veb saytlara tətbiq olunur.

Herbalife-ın uşaqların Məxfiliyinə dair öhdəliyi.

Uşaqların məxfiliyinin qorunması vacibdir. Buna görə də biz veb saytımızda 13 yaşdan aşağı yaşda olduğunu bildiyimiz şəxslər barədə məlumatı heç vaxt toplamır və emal etmirik.

“Cookie” fayllarına dair siyasət

“Cookie” faylları nədir?

Cookie – veb saytın kompüterinizin sərt diskinə brauzerin cookie faylına ötürdüyü mətn məlumatının kiçik bir hissəsidir. Bu sayədə veb sayt Sizin haqqınızda məlumatı yadda saxlaya bilir. Cookie sizin istəklərinizə daha operativ reaksiya verilməsi üçün veb saytda kontenti təşkil etməyə kömək edir. Bir çox iri veb sayt cookie istifadə edir. Cookie şəxsiyyətinizi təyin etmək üçün öz özlüyündə istifadə oluna bilməz.

Cookie faylı adətən özündə həmin faylın yarandığı domenin adını, cookie-nin “həyat müddəti və kəmiyyət, adətən təsadüfən hasil olunan nömrəni ehtiva edir.

Veb saytımızda iki tip cookie faylı istifadə olunur:

Seans cookieləri müvəqqəti fayllardır, Siz saytdan çıxana qədər brauzerinizin cookie faylında mövcud olur.

Daimi cookielər daha uzun müddət brauzerinizin cookie faylında qalır (lakin bu müddət müəyyən faylın həyat müddətindən asılıdır).

Cookie faylları bu saytda necə istifadə olunur və hansı məlumat toplanır?

Seans cookieləri aşağıdakılar üçün istifadə olunur:

Daimi cookielər aşağıdakılar üçün istifadə olunur:

Kənar cookielər

Üçüncü şəxslər bu sayt vasitəsilə faylları ötürür. Bu aşağıdakılar üçün edilir:

Veb Mayaklar

Bəzi veb səhifələrimizdə veb mayak («web beacons», bəzən «clear gifs» adlanan) adlanan elektron təsvirlər ola bilər. Onlar bu səhifələri ziyarət edən istifadəçiləri hesablamağa imkan verir. Veb mayaklar cookie nömrəsi, səhifəyə baxıldığı vaxt və tarix, veb mayakın olduğu səhifənin təsvirini ehtiva edən məhdud məlumatı toplayır. Bizdə həmçinin kənar reklamverənlərin yerləşdirdiyi veb mayaklar ola bilər. Bu cür mayaklarda fərdi identifikasiya məlumatları yoxdur və onlar yalnız müəyyən reklam kampaniyasının effektivliyinə nəzarət etmək üçün istifadə olunur.

Cookies-in qoşulması və söndürülməsi

Siz brauzerinizin tənzimləmələrini dəyişərək cookie faylları qəbul edə və ya rədd edə bilərsiniz. Lakin əgər cookielər aktiv edilməyibsə, Siz saytımızın bütün interaktiv xüsusiyyətlərindən faydalana bilməyəcəksiniz. Əgər cookie faylı sərt diskinizə qəbul olunana qədər xəbərdarlıq almaq istəyirsinizsə, aşağıdakı təlimatlara əməl edin:

Netscape Navigator 3.0 istifadəçiləri üçün:

Explorer 3.0 istifadəçiləri üçün:

Siz bu faylları silən kimi cookie fayllarınız qalmayacaq və veb sayt sisteminizə cookie göndərməyə cəhd edən zaman Sizə sorğu gələcək. Bu zaman Siz cookie-ni “Qəbul et” və ya “Rədd et” seçə biləcəksiniz.

Netscape 4.0+ istifadəçiləri üçün:

Siz bu faylları silən kimi cookie fayllarınız qalmayacaq və veb sayt sisteminizə cookie göndərməyə cəhd edən zaman Sizə sorğu gələcək. Bu zaman Siz cookie-ni “Qəbul et” və ya “Rədd et” seçə biləcəksiniz.

Internet Explorer 4.0 istifadəçiləri üçün:

Siz bu faylları silən kimi cookie fayllarınız qalmayacaq və veb sayt sisteminizə cookie göndərməyə cəhd edən zaman Sizə sorğu gələcək. Bu zaman Siz cookie-ni “Qəbul et” və ya “Rədd et” seçə biləcəksiniz.

Internet Explorer 5.0+ istifadəçiləri üçün:

Siz bu faylları silən kimi cookie fayllarınız qalmayacaq və brauzeriniz yeni cookie fayllarını göndərməyəcək və almayacaq.

Netscape 6.0+ istifadəçiləri üçün:

Seçiminizə uyğun olaraq Siz veb sayt yeni cookieləri göndərməyə cəhd edən zaman sorğu alacaqsınız və heç bir cookielər quraşdırılmayacaq və alınmayacaq.

Internet Explorer 6.0+ istifadəçiləri üçün:

Siz bu faylları silən kimi cookie fayllarınız qalmayacaq və brauzeriniz yeni cookie fayllarını göndərməyəcək və almayacaq.

Netscape 7.0+ istifadəçiləri üçün:

Seçiminizə uyğun olaraq Siz veb sayt yeni cookieləri göndərməyə cəhd edən zaman sorğu alacaqsınız və heç bir cookielər quraşdırılmayacaq və alınmayacaq.

Cookie silinməsi

Siz brauzerinizin cookie qovluğunda quraşdırılan istənilən cookieləri asanlıqla silə bilərsiniz. Məsələn, əgər Siz Microsoft Windows Explorer istifadəçisinizə:

“Windows Explorer” açın. 
Əsas menyuda “Axtarış” düyməsinə basın. 
“Qovluqlar və Fayllar” axtarış sətrində “cookie” yığın. 
“Burada axtar” pəncərəsində “Mənim kompüterim” seçin. 
“Axtarışa başla” basın. 
Aşkar olunan qovluqlara klavişin iki dəfə basılması. 
İstənilən cookie faylını “Seç”. 
Klaviaturada “Sil” düyməsinə basın.

Əgər Siz Microsoft Windows Explorer istifadə etmirsinizə, Siz cookie qovluğunuzu axtarmalı olduğunuz yer barədə məlumat almaq üçün “Yardım” bölməsində “cookies” yığmalısınız.

Özüm haqqımda məlumatı necə dəyişə bilərəm?

Herbalife-ın bəzi veb saytları qeydiyyat səhifələrində təqdim etdiyiniz Fərdi məlumatları yoxlamağa və onlara düzəliş etməyə imkan verir. Digər saytlarda Sizə sadəcə üzvlüyünüzü ləğv etmək hüququ verilir. Digər hallarda Sizə Herbalife saytına əvvəl təqdim etdiyiniz Fərdi məlumatlara giriş imkanı və ya onları dəyişmək lazım olduqda, xahiş edirik, Müstəqil Tərəfdaşların yerli İnformasiya Dəstəyi Şöbəsi ilə əlaqə saxlayın və ya www.ru.myherbalife.com saytına daxil olun və məlumatınıza dəyişiklikləri onlayn daxil edin və yaxud bizimlə aşağıda göstərilən ünvandan əlaqə saxlayın. Xahiş edirik, nəzərə alın ki, bu cür dəyişikliklərin Herbalife-ın bütün əks olunması üçün bir az vaxt lazım olacaq, buna görə də onları dərhal görmək mümkün olmayacaq.

İnternet və Saytın təhlükəsizliyi barədə nə bilirik?

İnternet təhlükəsiz sistem deyil və Siz saytlarda məlumatı açıqlayan zaman həmişə ehtiyatlı olmalısınız. Herbalife saytlarında toplanan fərdi məlumatlar geniş kütlə üçün əlçatmaz olan təhlükəsiz şəraitdə saxlanılır. Bəzi hallarda Fərdi məlumatlar Sizin sövdələşmə həyata keçirməyinizdən əvvəl təhlükəsiz texnologiyalardan istifadə edərək şifrələnir.

Əgər qeydiyyatdan keçməmək qərarına gəlsəm nə olacaq?

Əgər Siz qeydiyyatdan keçməmək və ya fərdi məlumatlarınızı təqdim etməmək qərarına gəlsəz, bir çox hallarda Herbalife-ın bir çox veb saytından istifadə edə biləcəksiniz. Lakin, Sizin saytda qeydiyyatın tələb olunduğu bölmələrə giriş imkanınız olmayacaq. Hətta qeydiyyatdan keçməsəniz belə biz zaman-zaman Sizin veb saytı necə istifadə etdiyiniz barədə anonim məlumat toplayacağıq. Bu məlumat Sizin şəxsiyyətinizi müəyyən etməyəcək, lakin o, marketinq məqsədləri və ya təqdim etdiyimiz xidmətlərin təkmilləşdirilməsi məqsədi üçün faydalıdır.

11 may 2012-ci il tarixli son redaksiya.