Herbalife Nutrition məhsullarının Rusiyada klinik tədqiqatları

Herbalife Nutrition məhsulları ilə çəkinin azaldılması proqramı standart az kalorili pəhrizlə müqayisədə daha effektivdir. İndi bu Klinika bazasında keçirilən RTEA Qidalanma ETİ-nun tədqiqatı ilə təsdiqlənib.

RTEA Qidalanma ETİ-nun klinik tədqiqatının nəticələri Herbalife Nutrition qidalanma məhsulları - "Formula 1" protein kokteyli və "Formula 3" protein qarışığının istifadəsi ilə çəkinin azaldılması proqramının standart az kalorili pəhrizlə müqayisədə daha effektiv olduğunu təsdiq edir. Tədqiqat nəticələrinə görə bu məhsullar Milli Diyetoloq və Nutrisioloqlar Assosiasiyası tərəfindən qəbul edilib.

6 ay boyunca 90 nəfərin iştirakı ilə aparılan tədqiqatın məqsədi tərkibində yüksək miqdarda zülallı qida əvəzedicilərinin olduğu və, piylənmə və artıq çəkidən əziyyət çəkən insanların çəkisinin azaldılması üçün istifadə olunan pəhrizlərin klinik effektivliyi və dözümlülüyünün qiymətləndirilməsindən ibarət idi.

Məhsulların effektivliyinin sınaqdan keçirilməsi ümümilikdə üç mərhələdən ibarət idi: iştirakçıların seçilməsi, çəkinin azaldılması proqramı və çəkiyə nəzarət. Tədqiqatda artıq çəkidən əziyyət çəkən, lakin sağlamlıqla bağlı digər ciddi problemi və digər əks göstərişləri olmayan (tədqiqatdan öncə hamiləlik, çəkinin azaldılması üçün preparatların qəbulu, yarım ilə 6 kq-dan artıq çəkinin itirilməsi) 21-dən 60 yaşadək şəxslər iştirak etmişdir.

Tədqiqatçılar Herbalife Nutrition məhsullarının qəbulu zamanı bədən çəkisi, arterial təzyiqin səviyyəsi, bədən tərkibi və qanın biokimyəvi göstəricilərinə təsirini qiymətləndirib. İstifadənin dözümlülüyü, yeyilə bilməsi və təhlükəsizliyinin ölçülməsi vacib əlavə aspekt olub.

Klinik tədqiqatın nəticələri Herbalife Nutrition "Formula 1" və "Formula 3" məhsullarının istifadəsi ilə çəkinin azaldılması proqramının standart az kalorili pəhrizlə müqayisədə bədənin yağ kütləsinin azaldılması, belin incəldilməsi üçün daha effektiv olduğu, həmçinin daha rahat arıqlama prosesini, yəni doyma və aclıq hissinin olmamasını təmin etdiyini təsdiq edir.

RTEA Qidalanma ETİ-nun bazasında aparılan "Piylənmə və həddən artıq çəkidən əziyyət çəkən insanların çəkisinin azaldılması üçün istifadə olunan tərkibində yüksək miqdarda zülallı qida əvəzedicilərinin olduğu pəhrizlərin klinik effektivliyi və dözümlülüyünün qiymətləndirilmməsi" tədqiqatı şirkət məhsullarının effektivliyinin sayca dördüncü elmi əsaslandırmasıdır. Belə ki, qida əlavələrinin müsbət təsiri Almaniya (Ulma Universisteti), ABŞ (Kaliforniya Universitetinin nəzdində İnsanın Qidalanma Mərkəzi) və Koreyada (Milli Seula Universiteti) sübut olunmuşdur.

"Piylənmə və həddən artıq çəkidən əziyyət çəkən xəstələr üçün az kalorili pəhrizlərdə zülallı qida əvəzedicilərinin effektivliyi və təhlükəsizliyi" MDNA vəsaiti

Müştəri olmaq