Piylənmə müasir cəmiyyətin əsl bəlasına çevrilib. Ümumdünya Səhiyyə Təşkilatının qiymətləndirməsinə əsasən 2015-ci ilə artıq çəkili böyüklərin sayı 2,3 mlrd. çata bilər. Artıq çəkinin səbəb olduğu çoxsaylı ağırlaşmaları nəzərə alsaq bu böyük göstəricidir.
Tədqiqatın məqsədi arıqlama və optimal bədən çəkisinin saxlanması vasitəsi kimi zülalla zəngin qida əvəzedicilərinin effektivliyinin təsdiqlənməsidir. Rəhbər -Marion Fletçer-Mors, professor, pəhriz məsələləri üzrə mütəxəssis, Ulma universitetinin (Almaniya) nəzdində qidalanma sahəsində klinik tədqiqatlar şöbəsi və piylənmə ilə mübarizə üzrə tədqiqat qrupuna rəhbərlik edir, Herbalife Elmi-Konsultasiya Şurasının üzvü.
Tədqiqat bir il ərzində davam edib, tədqiqatda artıq çəki ilə 110 nəfər iştirak edib. İştirakçılar iki qrupa bölünüb. İlk üç ay - çəkinin fəal azaldılması mərhələsi ərzində birinci qrupun iştirakçıları hər gün iki qida qəbulunu Formula 3 Protein qarışığını əlavə etməklə Formula 1 Protein kokteyli ilə əvəz edib. İkinci qrupun iştirakçıları isə standart zülal miqdarı ilə adi qida yeyib. Növbəti doqquz ay - çəkinin qorunub saxlanması mərhələsi ərzində hər iki qrupun iştirakçıları bir qida qəbulunu Formula 1 Protein kokteyli ilə əvəz edir, lakin zülalı eksperiment zamanı onlara təyin olunan müxtəlif həcmdə qəbul etməyə davam edirdi.
Tədqiqatın nəticələrinə görə bütün iştirakçıların çəkisi azalıb, lakin daha yüksək miqdarda zülal qəbul edən qrupda olan iştirakçıların çəkisi qarşı tərəflə müqayisədə daha çox azalıb (ortalama 7 kq qarşı 12 kq). Bundan əlavə, onlar bədən çəkilərini normaya salaraq daha çox piy itirib.
Tədqiqatçılar standart zülal tərkibli qida ilə müqayisədə zülalla zəngin qida əvəzedicilərinin qəbulunun həm arıqlama, həm optimal bədən çəksinin saxlanması üçün daha yaxşı nəticə verdiyini sübut edib. Bu zaman yüksək miqdarda zülal qəbulu çəkinin azaldılması prosesində əzələ kütləsinin deyil daha çox piyin yandırılması hesabına arıqlamağa səbəb olur.
Merion Fletçer-Mors: "Biz hər iki qrupun iştirakçılarının yekunda çəkisinin azalacağını bilirdik, lakin eksperiment zamanı yüksək miqdarda zülal qəbulunun daha çox arıqlamağa imkan yaratdığını aşkar etdik".