ABŞ-da Formula 1 kokteylinin klinik tədqiqatı

Tədqiqatın məqsədi arıqlama və optimal bədən çəkisinin saxlanması vasitəsi kimi zülalla zəngin qida əvəzedicilərinin effektivliyinin təsdiqlənməsidir. Rəhbər - Jaopinq Li, tibb elmləri doktoru, Kaliforniya Universiteti Klinik Qidalanma Departamentinin direktor müavini.

Tədqiqat 12 həftə ərzində aparılıb, tədqiqatda artıq çəki ilə 85 nəfər iştirak edib. İştirakçılar iki qrupa bölünüb və onlar gün ərzində iki dəfə qida qəbulunu Formula 1 protein kokteyli ilə əvəz etməli idi. Birinci qrupun iştirakçıları qidanın əvəz edilməsi üçün Formula 1 kokteylinin standart porsiyasını (2 qaşıq qarışıq), ikinci qrupun iştirakçıları isə kokteylin ikiqat porsiyasını qəbul edib.

12 həftə ərzində tədqiqat iştirakçılarının çəkisi ortalama 4 kq azalıb, bu isə çəkiyə nəzarət üçün zülallı kokteyllərin effektivliyini sübut edib. Lakin ikiqat zülal porsiyası qəbul edən tədqiqat iştirakçıları standart porsiya ilə kifayətlənənlərlə müqayisədə daha çox piy itirib.

Tədqiqat standart zülal tərkibli qida ilə müqayisədə zülalla zəngin qida əvəzedicilərinin qəbulunun arıqlama üçün daha yaxşı nəticə verməsi ilə yanaşı, əzələ kütləsinin deyil daha çox piy çöküntülərinin itirilməsi hesabına çəkini azaltmağa imkan verdiyini göstərib. Klinik tədqiqatın nəticələri "Nutrition Journal" (Klinik qidalanma jurnalı) avqust buraxılışında dərc olunmuşdur. Tədqiqatın nəticələri barədə ətraflı məlumatı www.nutritionj.com/content/7/1/23 keçidinə daxil olaraq əldə edə bilərsiniz: www.nutritionj.com/content/7/1/23

Müştəri olmaq