Müştərilərin nəticələri

Yelena, 25 yaş

ÇƏKİMƏ NƏZARƏT ETMƏK VƏ 100% GÖZƏL GÖRÜNMƏK MƏNİM ÜÇÜN ÇOX ASANDIR!

Katibə işlədiyim müddətdə qida rasionumda şokolad və kofe hər zaman var idi. 25 yaşımda kök "xala"ya oxşadığımı etiraf etmək mənim üçün çox utandırıcı idi. Pəhriz saxlamağa cəhd etdim, lakin onlar dadsız və yeknəsəq idilər və mən bütün ömrüm boyu həmin pəhrizləri saxlamaq istəmirdim.

Xoşbəxtlikdən, mən Dəstək qrupuna düşdüm! Mövzular ard-arda keçildikcə mən biliklər əldə edirdim, onların sayəsində "balanslaşdırılmış qidalanma – həyat tərzidir" ifadəsi getdikcə daha çox xoşuma gəlirdi! Nəticədə çəkimi 22 kq* azaltdım. Geyimdə 54 ölçüdən 46 ölçüyə keçdim. Çox hərəkət edirəm, idmanla məşğul oluram və rəqs edirəm, qidalanma vərdişlərim isə tamamilə dəyişib. Çəkimə nəzarət etməyə və 100% gözəl görünməyə belə asanlıqla nail olmağıma rəfiqələrim həsəd aparırlar!

Kseniya Vorotilina, 30 yaş

Bütün həyatım boyu bədən quruluşuma görə narahatlıq hiss etmişəm. "Ağbəniz, qırmızıyanaq" və "geniş sümüklü" kimi ifadələr sayəsində səhər yeməyində peçenye, şam yeməyində isə paxlavadan imtina etmirdim.

Beş il əvvəl mən Herbalife dünyası ilə tanış oldum. Dəstək, Klub və yeni qida rasionu sayəsində zaman keçdikcə mən qidalanma vərdişlərimi, daha sonra isə bütün həyatımı dəyişməyi bacardım. 2016-cı ilin yanvar ayında mən müntəzəm olaraq trenajor zalına getməyə başladım. Təkcə ideal çəki barədə deyil, həm də idmançı bədən quruluşu barədə də xəyal etməyə başladım. Mən başa düşdüm ki, özüm üzərində iş - müvəqqəti qərar deyil, həyat tərzidir. Bu - taqətdan salıcı pəhrizlər və məşqlərlə birlikdə əziyyət deyil, dadlı, sadə və faydalıdır. Xüsusən də, Herbalife-ın düzgün qidalanması və hər zaman köməyinə gələn, sənin arzu və səylərini dəstəkləyən peşəkarları ilə birlikdə!

Aleksandr Popov, 43 yaş

Əvvəllər mən "Yaxşı insan çox olmalıdır" şüarı ilə yaşayırdım. Həqiqətən də "lap çox" idim. Herbalife ilə tanış olduğum zaman çəkim 153 kq-a çatmışdı.

Mən ilk dəfə Sağlam həyat tərzi Klubuna gələndə balanslaşdırılmış qidalanma və düzgün qida rasionu barədə dərhal çox şey öyrəndim. Bu, məni ruhlandırdı və mən Kluba hər gün gəlməyə qərar verdim.

Çəkim azalmağa başladı. Hər hansı suallarım yarandıqda, mən hara getmək lazım olduğunu bilirdim. Klub mənim həyatımda böyük rol oynayırdı və oynamaqda davam edir: ruhən mənə yaxın olan insanlar, təşkilatçılar – hamı dayanmamağa ruhlandırırdı. Hətta sanki gizli bir müsabiqə də vardı – kim ən yaxşı nəticələrə nail olacaq!

Sağlam həyat tərzi Klubu olmasaydı mənim bu böyük nailiyyətlərim də olmazdı. Xarici görünüşüm dəyişildi, mən həyat qüvvələrimin və enerjimin yüksəlişini hiss edirəm. Əgər əvvəllər geyim almağa getmək iztirab kimi görünürdüsə, indi mən məmnunluqla xoşladığım geyimləri seçirəm!
Yekaterina Yeremova, 35 yaş

Balanslaşdırılmamış qidalanma və azhərəkətli həyat tərzi səbəbindən 20 yaşımdan etibarən çəkim artmağa başladı. İstənilən bir qız kimi mən də gözəl görünmək istəyirdim və çox sayda pəhrizi təcrübədən keçirdim – heç bir nəticəsi olmadı. Özünü qiymətləndirmə hissim azalır, komplekslərim isə artırdı. İkinci hamiləlikdən sonra tərəzidə qorxunc 100 rəqəmini gördüm. Əhvalım kəskin pisləşdi. 2014-cü ilin yanvar ayında rəfiqəm məni Sağlam həyat tərzi Klubuna dəvət etdi. Qidalanma vərdişlərimin dəyişməsi sayəsində çəkimi 31 kiloqram* azaltmağa nail oldum. Özümü daha yaxşı hiss etməyə başladım, özümə əminlik yarandı, yorğunluq və qıcıqlanma keçib getdi.

İndi mən təşkil etdiyim sağlam həyat tərzi Klubumda öz təcrübəmi başqalarına ötürür və balanslaşdırılmış qidalanmanın əsaslarını onlarla bölüşürəm**. Biz birlikdə qidalanma vərdişlərini dəyişir və çox gözəl nəticələrə nail oluruq!

* Çəkiyə nəzarətlə bağlı istənilən bəyanatlar balanslaşdırılmış pəhriz, müntəzəm fiziki məşqlər, lazımi miqdarda gündəlik maye qəbulu, lazım olduqda bioloji aktiv əlavələrin istifadə olunması və kifayət qədər istirahətin daxil olduğu Herbalife-nun çəkiyə nəzarət Proqramına aiddir. Bütün nəticələr fərdidir və fərqlənə bilər

Müştəri olmaq