Xeyriyyəçilik fəaliyyəti

Herbalife bütün dünyada xeyriyyəçilik fəaliyyəti ilə məşğuldur.

Herbalife Foundation (HNF) Xeyriyyə Fondu

– maliyyələşdirilməsində Herbalife əməkdaşları və Müstəqil Tərəfdaşlarının iştirak etdiyi qeyri-kommersiya təşkilatıdır. 1994-cü ildə şirkətin təsisçisi Mark Hyuz tərəfindən yaradılan HNF ehtiyacı olan uşaqlara yardım göstərir. Təsis olunduğu andan Fond ehtiyacı olan uşaqlar üçün müxtəlif proqramlara 6,5 mln. dollar köçürməklə, onları aclıqdan, səfillikdən xilas edib, təhsil və tibbi yardım almaq imkanı təqdim edib. Fond həmçinin təbii fəlakətlərdə zərərçəkən insanlara kömək edir (təxmini bir milyon dollar 2004-2005-ci illərdə təbii fəlakət qurbanlarına yardım üçün verilib, buna görə Fond Qırmızı Xaç mükafatına layiq görülmüşdür).

Casa Herbalife

– fondun uşaqların qidalanmasının yaxşılaşdırılmasına yönəlmiş beynəlxalq proqramlarından biri. Bu proqram çərçivəsində Fond müxtəlif ölkələrdə xeyriyyə təşkilatları ilə əməkdaşlıq edir. Casa Herbalife proqramının adı 1998-ci ildə Rio-de-Janeyroda (Braziliya) Fond tərəfindən tikilən sığınacağın adından alınıb. Bütün dünyada 100-dən artıq uşağa dəstək olan 130-dan çox Casa Herbalife xeyriyyə proqramları mövcuddur.

Xeyriyyə tədbirlərində iştirak

Herbalife xeyriyyə tədbirləri və digər təşkilatlara sponsorluq edir. 2015-ci ildə Herablife Los-Ancelesdə Xüsusi Olimpiya Oyunlarının qlobal qida təchizatçısı, həmçinin Rusiya yığmasının rəsmi sponsoru olmuşdur.

2014-cü ildə Herbalife "United Chari Games-2014" xeyriyyə qaçışında iştirak etmişdir. Şirkət tədbirin sponsoru kimi çıxış edib və qaliblərə hədiyyələr təqdim edib

Müştəri olmaq