Anastasiya Kurginian
Herbalife Nutrition şirkətinin daxili və xarici qidalanma üzrə əksperti
Formula 1 Protei̇n kokteyli̇ . Gün ərzində balanslaşdırılmış qidalanmanın yüngül variantı. Yüksək mənimsənilmə dərəcəsinə malik olan zülal həzm sisteminin hüceyrələri üçün tikinti materiallarının mənbəyidir, tərkibində olan qida lifləri isə rasionda meyvə və tərəvəzlərin çatışmazlığını aradan qaldırmağa kömək edir. İçkinin bir porsiyasında vitaminlərin tövsiyə edilən gündəlik istehlak normasının təxminən 50%-i vardır.
Otlu içki tərkibində çay ekstraktları, kofein, fermentlər, vitaminlər və minerallar vardır, onlar maddələr mübadiləsini aktivləşdirir və toksinlərin effektiv şəkildə çıxarılmasına imkan yaradırlar.
Bi̇tki̇ tərki̇bli̇ Aloe i̇çki̇si̇ . Aloe şirəsi həzm sisteminin normal işini dəstəkləməyə kömək edir və orqanizmə bağırsağın selikli qişasının iltihabı ilə mübarizə aparmağa yardım edir. Suya nisbətən daha çox sorulma qabiliyyətinə malik olan aloe şirəsi orqanizmdən şlakların çıxarılmasına kömək edir.
Formula 2 Vi̇tami̇n və mi̇nerallar kompleksi̇* . Gündə cəmi iki həbin qəbulu vitaminlərin və mineralların optimal miqdarına nail olmağa kömək edəcək. Qadın və kişi orqanizminin anatomik-fizioloji xüsusiyyətləri nəzərə alınmaqla xüsusi olaraq işlənib hazırlanmışdır. İnsan orqanizmindəki bütün proseslər onların vaxtında daxil olmasından asılıdır, balanslaşdırılmış rasiona əməl edən insanlar üçün isə mikronutrientlərin tamamlanması ikiqat əhəmiyyətlidir. Formula 2 Formula 1 Protein kokteylini bütün zəruri mikronutriyentlər ilə tamamlamaq üçün yaradılmışdır.
Reyhan ilə tomat şorbası . Tərkibində bağırsağın normal mikroflorasının formalaşdırılması və bağırsağın hərəkət funksiyasının dəstəklənməsi üçün zəruri olan 3,5 qrama qədər qida lifləri vardır ki, bu da öz növbəsində diskomfort hissi ilə mübarizə aparmağa kömək edir.