Müstəqil Tərəfdaşlar üçün giriş

Etik Biznes (Qızıl Standart)

Daxil olmaq üçün minimal şərtlər

Alınan məhsulların minimal mütləq həcmi yoxdur, ilkin xərclər isə çox deyil. Herbalife ilə Tərəfdaşlığınıza başlamaq və burada uğur qazanmaq üçün məhsulları və ya biznes vasitələrini əldə etmək vacib deyil.

Geri qaytarılmasına zəmanət

Hər hansı səbəbdən Tərəfdaşlıqdan imtina etdiyiniz zaman Müstəqil Tərəfdaş Dəstinə xərclənən vəsaitləri 90 gün ərzində tamamilə geri qaytarmaq imkanı.

Keçən 12 ay ərzində sifariş olunan, orijinal qablaşdırmada istifadə olunmayan məhsullar və ya reklam materiallarına görə vəsaitlərin geri qaytarılmasına 100% zəmanət, həmçinin, hər hansı səbəbdən Tərəfdaşlıqdan imtina etdiyiniz zaman Şirkətə geri qaytarılan məhsulun çatdırılma dəyərinin əvəzinin ödənilməsi.

Potensial gəlir barədə əvvəlcədən məlumat əldə etmək imkanı*

Biz Mükafatların Orta Səviyyəsi barədə Hesabatda Müstəqil Tərəfdaşın potensial gəlirinə dair başa düşülən, dəqiq və vaxtlı-vaxtında məlumat veririk.

Yazılı təsdiq

Biz hər yeni Müstəqil Tərəfdaşdan onun Müstəqil Tərəfdaş statusunun alınması üzrə Ərizəsi və Müqaviləni qəbul etməzdən əvvəl hər bir Qızıl Standart zəmanəti barədə məlumatlarının olmasını yazılı şəkildə təsdiq etməsini xahiş edirik.

Məhsullara və biznes imkanlarına dair aydın təlimatlar

Hər məhsulun üstünlükləri və istifadə üsulları məhsul etiketində və ya məlumat xarakterli materiallarda elə şəkildə təsvir olunub ki, lazım olan məhsul ən yaxşı nəticəyə nail olmaq üçün düzgün istifadə olunsun.

Məhsulların təsdiqlənmiş xüsusiyyətlərini və onlar barədə məlumatı Müstəqil Tərəfdaş Dəstində məhsullar üzrə Soraq kitabçası və digər rəsmi ədəbiyyatda, həmçinin az.MyHerbalife.com saytında tapmaq mümkündür.

Biz biznesin imkanları və bu və ya digər səviyyədə uğurlu iş üçün lazım olacaq səylərə dair real proqnozlar veririk.

Herbalife və Müstəqil Tərəfdaşlarımız ən yüksək etik davranış standartlarına sadiqdir.

Əgər Sizə Herbalife məhsulları və onların xüsusiyyətlərinə dair təsdiqlənməmiş bəyanatlar, həmçinin, potensial gəlirlər haqqında Orta Mükafat Səviyyəsi barədə Hesabata uyğun olmayan yanlış bəyanatlar və yaxud bu və ya digər Müstəqil Tərəfdaşın şübhəli davranışı barədə məlum olarsa, 0 888 71 71 71 telefon nömrəsi ilə İnformasiya Dəstəyi Şöbəsi ilə əlaqə saxlayın.

Yalnız birlikdə işləyərək biz Herbalife-ın ŞİRKƏTİN Müştərilərinin maraqlarının qorunmasına dair Qızıl Standartını dəstəklədiyinə zəmanət verə bilərik.

* Göstərilən gəlirlər və biznesin təbliği vasitələri fərdidir və tipik deyil.